Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqına Brexit barədə sazişin şərtlərini dəyişməyi təklif edib.Azərtac Britaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə Boris Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktubunda deyilir.“Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxma vaxtı – 31 oktyabr sürətlə yaxınlaşır. Ümid edirəm ki, biz yolumuza sazişlə davam edəcəyik. Siz şəxsən bu hökumətin sazişə nail olmaq üçün daha çox enerji sərf edəcəyi və qətiyyətlə çalışacağı ilə razısınız. Bu, bizim əsas prioritetimizdir”, – Conson məktubunda belə yazıb.Böyük Britaniyanın Baş Naziri, ilk növbədə, “bekstop” – Brexit prosesindən sonra, keçid dövründə Şimali İrlandiya və İrlandiya arasında fiziki sərhədin qaytarılmasının qarşısının alınmasını və Şimali İrlandiyanın Avropa İttifaqı ilə vahid bazar və gömrük ittifaqında qalmasını nəzərdə tutulan mexanizmi ləğv etməyə çağırıb. Consonun iddiasına görə, məhz bu mexanizmlə bağlı problemlər səbəbindən Britaniya parlamentinin İcmalar palatası Brexit sazişini üç dəfə rədd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…