Böyük Britaniyanın 100 mühafizəkar deputatı Baş nazir Tereza Meyi Brexit prosesini təxirə salmağa məcbur etməyi planlaşdırır.Azərtac xəbər verir ki, The Daily Telegraph qəzetinin yaydığı məlumata görə, qanunvericilər Birləşmiş Krallığın Avropa İttifaqını sazişsiz tərk etməsinin qarşısını almaq üçün xüsusi qrupda birləşiblər. Onlar artıq Tereza Meyə Avropa İttifaqı rəhbərliyi ilə saziş əldə olunmayacağı təqdirdə ona qarşı çıxacaqları barədə xəbərdarlıq ediblər.Bu həftə növbəti dəfə Brüsselə gedən Böyük Britaniyanın Baş naziri Londona sərf edən şərtlər barədə danışıqlar aparmağa çalışıb. Lakin vaxt daralır, həll olunmayan məsələlər isə çoxdur. Belə ki, Böyük Britaniya Avropa İttifaqını 35 gündən sonra tərk etməlidir.Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs verib. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…