“Böyük dəbilqə” turniri üçün Ukrayna komandasının heyəti açıqlanıb

2 Noyabr 2021 14:01

Xəbər 405 dəfə oxunub

Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Ukrayna komandasının heyəti açıqlanıb.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, yarışda ölkəni kişilərdən ibarət komandanın heyətində 7 cüdoçu təmsil edəcək. Belə ki, Dilşot Xalmatov, Kiril Samotuq (60 kq), Danilo Xlopetski, Yevhen Honçarko (66 kq), Oleksandr Koşliak, Artyom Xomula (73 kq), Sergiy Krıvçaç (81 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 30 ölkədən 200 cüdoçu iştirakını təsdiqləyib.xeber100.com