İsrailin paytaxtı Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin üçüncü günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.Azərtac xəbər verir ki, yarışın son günündə kişilər arasında 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), 100 kiloqramda Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə döyüşəcəklər. Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev Serafim Kompanyes (İsrail) ilə ilk qarşılaşmalarını keçirəcəklər.Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü – 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub.Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…