“Böyük dəbilqə” turnirinin birinci günündə

23 Oktyabr 2020 13:55

Xəbər 500 dəfə oxunub

Oktyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə start götürən “Böyük dəbilqə” turnirində cüdoçularımızın 7-si mübarizəyə başlayır.Azərtac xəbər verir ki, Kəramət Hüseynov Luka Mxeidze (Fransa), Davud Məmmədsoy (hər ikisi 60 kq) Vijay Kumar Yadav (Hindistan) ilə güclərini sınayacaqlar.Turnirdə 66 kiloqram çəkidə mübarizə aparacaq Nicat Şıxəlizadə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibi, Orxan Səfərov İvo Verhorstert (Niderland) ilə döyüşəcəklər.Qadınlar arasında keçirilən yarışlarda isə Aişə Qurbanlı Şirin Boukli (Fransa), Leyla Əliyeva (hər ikisi 48 kq) Luka Mamira (Macarıstan), Gültac Məmmədəliyeva (52 kq) monqolustanlı Qal-Od Tserentoqxod ilə güclərini sınayacaqlar.Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycanın 17 cüdoçusu qatılıb. Oktyabrın 25-dək davam edəcək yarışda idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.xeber100.com