“Böyük dəbilqə” turnirinin heyəti açıqlanıb

19 Yanvar 2017 12:16

Xəbər 837 dəfə oxunub

Cüdo üzrə Azərbaycan millisi 2017-ci ilin ilk “Böyük dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.Azərtac xəbər verir ki, fevralın 11-12-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.Yarışda, ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.xeber100.com