Cüdo üzrə “Böyük dəbilqə” turnirinin martın 12-də keçirilən sonuncu yarış günündə Azərbaycan cüdoçuları ikisi gümüş, biri bürünc olmaqla üç medal əldə ediblər.Azərtac xəbər verir ki, Rio Olimpiadasının gümüş mükafatçısı E.Qasımov (100 kiloqram) turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz M.Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medalla kifayətlənib.Digər idmançımız E.Məmmədov (100 kq) yarışda ilk qarşılaşmada estoniyalı Qriqori Minaşkinə qalib gəlib. İdmançımız finala gedən yolda növbəti rəqibi, komanda yoldaşı Elmar Qasımovla görüşdən məğlub ayrılıb. Bürünc medal uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Zelim Kotsoyevdən üstün olan E.Məmmədov yığmamıza bürünc medal qazandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…