“Böyük İpək Yolu” beynəlxalq turniri keçirilib

19 Mart 2017 10:43

Xəbər 774 dəfə oxunub

Bakıda boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri keçirilib.Azərtac xəbər verir ki, yarışda “Qəbələ” idman klubunun üzvləri də uğurla çıxış ediblər.Klubun yetirmələrindən 4-ü mükafatçılar sırasında yer alıb. Sərxan Əliyev (60 kq) və Rauf Rəhimov (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Tamerlan Abdullayev (69 kq) və Kamran Şahsuvarlı (75 kq) isə yarımfinalda uduzduğundan bürünc medalla kifayətləniblər.xeber100.com