Azərbaycan da daxil olmaqla səkkiz ölkədən 750-yə yaxın idmançı avarçəkmə üzrə “Böyük Moskva reqatası” yarışlarında iştirak etmək üçün müraciət ediblər.Yarışların baş hakimi Pavel Melnikov mətbuat konfransında deyib: “Builki reqatada səkkiz ölkə iştirak edəcək. Hələlik 750-yə yaxın idmançı bu tədbirdə iştirak etmək arzusunu bildirib. Bütün müraciətlər operativ şəkildə işlənilir. Ümidvaram ki, mübarizə gərgin olacaq, yarışların qalibi isə ədalətli və güzəştsiz şəkildə müəyyən olunacaq”.Azərtac xəbər verir ki, Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Aleksey Svirinin sözlərinə görə, təşkilatçılar bu reqatanın əvvəlki statusunu qaytarmaq üçün hər cür səy göstərəcəklər. O deyib: “Bu yarışlar beynəlxalq federasiyanın təqviminə daxildir. Ənənələrə hörmət əlaməti olaraq heç bir idmançı böyük Moskva reqatasına laqeyd qalmayıb. Hazırda bu turnir öz statusunu bir qədər itirib, lakin Rusiya və dünya miqyaslı reqatanın sovet dövründə qazandığı səviyyəyə yenidən çıxması üçün hər cür səy göstərəcəyik”.Xatırladaq ki, “Böyük Moskva reqatası” iyunun 1-dən 3-dək Moskvadakı “Krılatskoye” avarçəkmə kanalında keçiriləcək. Bu il reqatada Rusiya, Azərbaycan, Belarus, Latviya, Litva, Moldova, Estoniya və Ermənistan komandaları iştirak edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…