2020-ci il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə edilməsində misilsiz xidmətlər, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümünə dair yaydığı bəyanatda əksini tapıb.Bəyanatda, həmçinin deyilir: “Ümumi zəfər olan bu Qələbənin əldə edilməsinə Azərbaycan xalqı önəmli töhfə verib. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və ya itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycandakı müəssisələrdə fasiləsiz rejimdə istehsal edilib.Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Ölkəmiz faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin beşdəbirini işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətləri törədən Ermənistanda bu kimi meyillərin müşahidə edilməsi bu ölkənin və onun rəhbərliyinin təcavüzkar xislətini aydın şəkildə nümayiş etdirir. Lakin nasizmin şərəfsiz təcrübəsinin göstərdiyi kimi, bu meyillərin sonu özünü məhv etməkdən başqa bir şey deyildir.Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, belə narahatlıq doğuran meyillərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.Böyük Vətən müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət isə, əlbəttə, gələcəkdə də qələbə çalacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…