“Şahdəniz-2” layihəsi çərçivəsində dörd quyu tamamlanıb.Bu barədə Azərtac-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, birinci yarım ildə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) “SDA11” qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. İkinci rüb ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün “SDD01” quyusunun yerləşdiyi əraziyə keçirilib.“Maersk Explorer” qazma qurğusu “SDF01” quyusunun məhsuldar lay hissəsini qazaraq “SDF02” quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…