“Google” dünyanın ən bahalı brendi adını alıb. “vistanews.ru” saytının məlumatına görə, bu barədə “Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda deyilir.İnternet korporasiya dünyanın ən bahalı brendlərinin reytinqində ilk yeri tutub. Şirkət “Apple” korporasiyasını da geridə qoyub.“Google” brendinin qiyməti 2016-cı ildə təxminən 25 faiz artıb və 109,47 milyard dollara çatıb. “Apple” brendi isə 27 faiz ucuzlaşaraq 107,141 milyard dollar olub.“Amazon.com” internet riteyli üçüncü yeri tutub – brendin qiyməti 53 faiz artaraq 106,396 milyard dollara qiymətləndirilir.“AT&T” telekommunikasiya şirkəti 45 faizdən çox bahalaşaraq 87,016 milyard dollar qiymətinə çatıb və bununla da dördüncü yeri tutub.“Microsoft” brendin qiyməti 13 faizdən çox bahalaşıb 76,265 milyard dollar olsa da, şirkət reytinqin beşinci cərgəsinə düşüb.Altıncı sırada ilk dəfə olaraq Amerika şirkəti deyil, Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti qərarlaşıb. Şirkətin dəyəri 13 faiz artaraq 66,219 milyard dollar təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…