Braziliya prezidenti Dilma Rusef könüllü istefaya getməyəcəyini açıqlayıb. “RİA Novosti” xəbər verir ki, o, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib: “Mən təslim olmayacağam, mənim şərəf və ləyaqətim var”. Xatırladaq ki, D.Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Avqust ayında Senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…