Braziliya yığması Cənubi Amerikada yeni rekord müəyyənləşdirir

10 Sentyabr 2021 11:34

Xəbər 396 dəfə oxunub

Futbol üzrə Braziliya yığması Cənubi Amerikada yeni rekord müəyyənləşdirib.Komanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində ardıcıl qazanılan qələbələrin sayına görə bu nailiyyətə sahib olub. Sentyabrın 10-da Braziliya yığması mundialın seçmə mərhələsi çərçivəsində Perunu 2:0 hesabı ilə məğlub edib. Bu, yığma komandanın qazandığı ardıcıl doqquzuncu qələbədir.Daha əvvəlki rekord da Braziliya yığmasına məxsus olub. Belə ki, komanda 2016-cı ilin sentyabrından 2017-ci ilin avqustunadək keçirdiyi seçmə mərhələ oyunlarında meydandan qalib ayrılıb.Qeyd edək ki, 8 oyundan sonra aktivində 24 xal olan Braziliya turnir cədvəlində birinci pillədə qərarlaşıb. Braziliya seçməsi növbəti oyununu oktyabrın 7-də səfərdə Venesuelaya qarşı keçirəcək.xeber100.com