Braziliyalı hücumçu “Atletiko” klubundan ayrılıb

26 Dekabr 2022 09:51

Xəbər 325 dəfə oxunub

Braziliyalı hücumçu Mateus Kunya “Atletiko”dan ayrılıb. “Vulverhempton” 23 yaşlı futbolçunun transferini açıqlayıb. Braziliyalı hücumçu mövsümün sonunadək icarədə olacaq. Əgər mövsümün sonunda onunla müqavilə bağlansa, bu müddət 2027-ci ilə kimi hesablanacaq.

Kunyanın alınmasının “Vulverhempton”a 40-50 milyon avroya başa gəldiyi bildirilir. Futbolçu bu mövsüm La Liqada 11 matçda yalnız 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mateus Kunyanın transferi ilə “Arsenal” da maraqlanırdı.xeber100.com