Qlobal bazarda xam neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə enib.Azərtac xəbər verir ki, “Brent” markalı neftin qiyməti 47 dollar/barrelə, “Layt”ın qiyməti isə 44 dollar/barrelədək ucuzlaşıb. Beləliklə, hər iki neft növünün bir barrelinin qiyməti ötən il noyabrın 30-dan bu günədək ən aşağı səviyyəyə geriləyib. Həmin tarixdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiya xam neft hasilatı bu ilin ilk yarısınadək azaltmaq barədə qərar qəbul etmiş, nəticədə neftin qiyməti həmin gün 9 faiz artım göstərmişdi.OPEC və Rusiya arasındakı bu müqavilənin ardından qlobal bazarda neftin qiyməti son 5 ayda 50-55 dollar/barrel arasında dəyişib. Lakin son həftələrdə neftin qiyməti aşağı düşməyə başlayıb. İki həftə əvvəl təxminən 7 faiz ucuzlaşan neft hazırda daha 5 faizə yaxın qiymət itkisinə məruz qalıb.Analitiklər müqavilənin bu ilin ikinci yarısını da əhatə etməsi məsələsində qeyri-müəyyənliyin davam etdiyini bildirirlər. OPEC-in mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçirəcəyi toplantının bazar və neftin qiyməti üçün əhəmiyyəti vurğulanır.Bundan başqa, ABŞ-ın artan xam neft hasilatı qlobal təklifi də artırır və bu, qiymətin aşağı düşməsinə səbəb olur. Ölkənin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, dünyanın ən böyük üçüncü neft istehsalçısı olan ABŞ-ın neft hasilatı keçən il noyabr ayının sonundakı gündəlik orta hesabla 8,7 milyon barrelldən ötən həftə 9,3 milyon barrelədək yüksəlib. Beləliklə də, ABŞ-ın xam neft hasilatı son 5 ayda 6,9 faiz çoxalıb. EIA-nın məlumatına görə, ölkədə neft istehsalı son 11 həftədir artmaqda davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…