“Brexit” üzrə danışıqlarda üç əsas mövzu – vətəndaşların hüquqlarının qarşılıqlı qorunması, İrlandiya sərhədləri və Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağa görə ödəyəcəyi vəsait məsələlərində irəliləyiş əldə olunub.Euronews telekanalı xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya-Aİ danışıqlarının ilk mərhələsinin nəticəsi üzrə məruzədə yer alıb.Britaniyanın Baş naziri Tereza Mey Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Şurasının başçısı Donald Tuskla danışıqlar aparmaq üçün Brüsselə gəlib. Mey və Yunkerin 15 səhifəlik “irəliləyiş barədə məruzəyə” qol çəkdiyi bildirilir. “Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə sazişin əsas məqsədi Aİ və Böyük Britaniya vətəndaşlarının qarşılıqlı müdafiəsi, Aİ çərçivəsində və insanların seçimi nəticəsində əldə olunan hüquqlarının qorunmasıdır”, – məruzənin mətnində belə deyilir.İrlandiya məsələsində tərəflər Şimali İrlandiya və İrlandiya Respublikası arasında sərhədləri maksimal dərəcədə sərbəst saxlamaq barədə razılaşıblar. Maliyyə öhdəliyinə gəldikdə isə Britaniyanın ödəyəcəyi vəsaitin məbləği hələ bildirilmir, lakin tərəflər onun hesablanması metodu üzrə razılığa gəliblər. “Financial Times” jurnalı bu məbləğin 40-60 milyard avro olacağını yazır.Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…