Britaniya parlamenti yeni qanun layihəsini təsdiqləyib

18 İyul 2023 15:50

Xəbər 227 dəfə oxunub

Böyük Britaniya parlamenti qeyri-leqal miqrasiya haqqında qanun layihəsini qəbul edib. Bu qanun hakimiyyət orqanlarına Birləşmiş Krallığa qanunsuz yolla daxil olan və sığınacaq üçün müraciət edən mühacirləri ölkədən çıxarmağa imkan verəcək. Aprel ayında İcmalar Palatasında təsdiqlənən qanun layihəsi iyulun 18-də Lordlar Palatasının da dəstəyini qazanıb. Kral III Çarlz layihəni imzaladıqdan sonra qanun qüvvəyə minəcək.

Hər il artan qanunsuz miqrasiya problemini həll etmək məqsədi daşıyan qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib. Qanun qüvvəyə minəcəyi təqdirdə Böyük Britaniya Daxili İşlər Nazirliyinə qeyri-leqal mühacirləri həbs etmək, sığınacaq üçün müraciətlərinə baxmamaq və üçüncü ölkələrə deportasiya etmək hüququ verəcək.

Qanun layihəsi BMT-nin sərt tənqidinə tuş gəlib. İnsan Hüquqları və Qaçqınların İşi üzrə ali komissarlıqların birgə bəyanatında Londonun qanunvericilik təşəbbüsü “Birləşmiş Krallığın beynəlxalq insan haqları və qaçqınların hüquqları üzrə öhdəliyini pozmaq” kimi dəyərləndirilib.

Qeyd edək ki, hakim Mühafizəkarlar partiyasının qeyri-leqal miqrasiya ilə mübarizə barədə vədlərinə baxmayaraq, son beş ildə La-Manş boğazını keçərək ölkəyə daxil olan mühacirlərin sayı durmadan artır. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə dəniz yolu ilə 299 qanunsuz daxilolma faktı qeydə alınmışdısa, 2019-cu ildə 1,8 min, 2020-ci ildə 8,4 min, 2021-ci ildə 28,5 min, 2022-ci ildə isə 45,7 min nəfər bu yoldan istifadə edib. Rəsmi statistikaya əsasən, qeyri-leqal mühacirlərin saxlanılması britaniyalı vergiödəyicilərinə gündə 6 milyon funt-sterlinqə başa gəlir.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42