Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 9-dan ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya veroilən məlumata görə, heyvanlar Ümumdünya Heyvan Sağlamlığı təşkilatının (ÜDHST və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan “Rev-1” göz damcısı vaksini ilə peyvənd olunacaq. Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi xəstəliyin heyvanlar və insanlar arasında minimuma endirilərək gələcəkdə ləğv edilməsinə nail olmaqdır. Bruselyoz xəstəliyinə qarşı tətbiq olunan “Rev-1” vaksini inyeksiya və göz damcısı formasında istehsal edilir. İnyeksiya formasında olan “Rev-1” vaksini heyvanlarda 2 il müddətində immunitet qazandırsa da boğaz heyvanlarda balasalma riski yüksək olur. “Rev-1” göz damcısı üsulu ilə peyvəndləmə heyvanlarda bruselyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır, eyni zamanda, boğaz heyvanlarda balasalma riskini minimuma endirir. Bu üstünlüyü nəzərə alaraq ölkəmizdə xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksinasiyanın göz damcısı forması tətbiq olunur. Lakin vaksinin təlimatına uyğun heç bir halda boğaz heyvanların vaksinasiyasına yol verilməməlidir. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunmalıdır. Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırlanmış tədbirlər planına uyğun olaraq xırdabuynuzlu heyvanlar arasında peyvəndləmənin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə təlimlər keçib, vaksinin tətbiq qaydaları onlara ətraflı izah edilib. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri “Rev-1”vaksini, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə tam təmin olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tövsiyə edir ki, sahibkarlar xırdabuynuzlu heyvanlar arasında “Rev-1” göz damcısı vaksini ilə peyvəndləmənin aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün xırdabuynuzlu heyvanlarını vaksinasiyaya cəlb etsinlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…