2002-ci ildən başlayaraq hər il aprelin 6-da Ümumdünya Fiziki Fəallıq Günü qeyd edilir. Fiziki fəallıq əzələlər vasitəsi ilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada 1,9 milyon nəfərin ölümünə səbəb olur.Azərtac xəbər verir ki, qlobal miqyasda yaşlıların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə fəal deyil. Bundan əlavə, süd vəzinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21, diabet hallarının 27 və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki hərəkətsizlikdir.Müxtəlif yaş qruplarına mənsub olanlar üçün fəallığın optimal səviyyəsi barədə tövsiyələr hazırlanıb, lakin azacıq da olsa fiziki fəallıq, ümumiyyətlə belə fəallığın olmamasından daha yaxşıdır. Passiv həyat tərzi keçirənlər fiziki fəallığın mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.Son vaxtlar “Skandinav yerişi” deyilən hərəkət bütün dünyada geniş yayılıb. Yerişin həmin növü XX əsrin 30-cu illərində Finlandiyada başlanıb. Yerli xizəkçilər yay fəslində yerdə qar olmayanda fiziki formalarını saxlamaq üçün əlavə imkanlar axtarmağa başlayıblar. Onlar xizək sürmək əvəzinə yalnız xizək ağaclarından istifadə etməklə qaçaraq məşq etməyə başlayıblar. Aparılmış tibbi araşdırmalar nəticəsində təsdiq edilib ki, xizək ağacları ilə yerimək idmançıların fiziki vəziyyətinə müsbət təsir göstərir. Beləliklə, Skandinav yerişi peşəkar səviyyədə tətbiq edilməyə başlanıb. Bu sahədə növbəti yenilik idmançının biləyinə bağlanan xüsusi kəmərləri olan xizək ağaclarıdır.Həmin məşğələlər nəticəsində orqanizmdəki əzələlərin 90 faizə qədəri, o cümlədən əl, ayaq, çiyin, kürək və sinə əzələləri fəallaşır. Bu, adi yerişlə müqayisədə xeyli çoxdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…