Bu gün Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Günüdür

11 Aprel 2017 14:18

Xəbər 952 dəfə oxunub

Aprelin 11-də – Parkinson xəstəliyinin ilk tədqiqatçısı, ingilis alimi Ceyms Parkinsonun doğum günündə Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə günü qeyd edilir. Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki şiddətlənən xəstəliyidir. O, ilk dəfə XIX əsrin əvvəlində ingilis həkimi C.Parkinson tərəfindən “titrəyən iflic” kimi təsvir edilib.Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrum olma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması bu xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planet əhalisinin qocalması – cəmiyyətin strukturunda qocaların sayının artması ilə bağlı olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Xəstələnənlərin sayı durmadan artır, xəstəlik cavanlaşır – 30-40 yaş arasında pasiyentlərin sayı çoxalır. Bu xəstəliyin öyrənilməsi sahəsində qazanılan uğurlara baxmayaraq, təbabət Parkinson xəstəliyinin kifayət qədər səmərəli müalicə metoduna malik deyil.Dünyada təxminən 4 milyon insan bu xəstəlikdən əziyyət çəkir.Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününün rəmzi qırmızı zanbaqdır. Seleksiyaçılar hətta “Doktor Ceyms Parkinson” xüsusi zanbaq növü yaradıblar.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05