Bu gün Ümumdünya Sağlamlıq Günüdür

7 Aprel 2017 12:37

Xəbər 1102 dəfə oxunub

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.Azərtac xəbər verir ki, builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar halları daha çoxdur.ÜST-nin Avropa regional bürosunun direktoru Jujanna Yakabın verdiyi məlumata görә, depressiyanın müalicә vә profilaktikasının mümkünlüyünə baxmayaraq, dәrin depressiyası olanların әn azı 75 faizi ona uyğun müalicә almır. ÜST-nin “Depressiya: gәlin danışaq” devizi geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları, elәcә dә, depressiya ilә yaşayanlara necə dәstәk verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilib.Depressiyanın terapiya vә ya antidepressant vasitәsilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır. ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq göstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha səmərəli profilaktikası ölkәlәrin sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi əhatə olunmağa keçidə dair aparılan işin ayrılmaz hissәsi olacaqdır. Bu fəaliyyət qeyri – yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdәbir qәdәr azaldılmasına yardım edәcәkdir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05