Qədim Şəki dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Builki Qurban bayramı günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva Azərtac-a bildirib ki, bayram günlərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri qoruğun ərazisi olub. Bu da təsadüfi deyil. Burada yerləşən Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi, muzeylər, “Sənətkarlar evi”, həmçinin sənətkarların əl işlərinin, milli suvenirlərin satıldığı xırda dükanlar turistlərin diqqətini daim cəlb edir. Qoruğun direktorunun bildirdiyinə görə, yay aylarında Şəkiyə 50 mindən çox turist gəlib. Bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Qurban bayramı günlərində Şəkinin qonaqları arasında yerli turistlərlə yanaşı, İrandan, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən pilot-layihəyə uyğun olaraq, yay aylarında qoruğun ərazisində turistlər üçün gündəlik mədəni proqramlar təşkil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…