Budapeştdə keçirilən şahmat üzrə turnir başa çatıb

18 Aprel 2019 12:52

Xəbər 554 dəfə oxunub

Budapeştdə keçirilən şahmat üzrə yaz festivalı başa çatıb.Azərtac xəbər verir ki, turnirin qalibi 9 turdan 7 xal yığan rusiyalı Artyom Timofeyev olub. Liderdən bir xal geri qalan şahmatçımız Vüqar Əsədli turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Digər təmsilçilərimiz Nail Bəşirli 5,5, Zaur Bayramov 5 xal toplayıblar.Yaz festivalında 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparıb.xeber100.com