Gələn il buraxılış imtahanlarında yeniliklər tətbiq olunacaq. Azərtac xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində məlumat verib. Qeyd olunub ki, növbəti tədris ilində IX sinifdə təhsil alacaq şagirdlər 2008/2009-cu tədris ilindən tədrisinə başlanan kurikulum proqramı üzrə təhsil alan uşaqlardır. Onlar IX sinfi bitirəndə qiymətləndirmədə müəyyən yeniliklərin tətbiqi gözlənilir. Belə ki, növbəti tədris ilindən etibarən şagirdlərin yazı qabiliyyətlərinin yoxlanılması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə buraxılış imtahanının tərkib hissəsi kimi esse (yazı işləri) tətbiq olunacaq. Nazir müavini qeyd edib ki, hazırda müvafiq dövlət qurumları ilə bu istiqamətdə işlər davam etdirilir. Yeni tədris ilinin əvvəlində bu yeniliyin hansı formada həyata keçirilməsi, kimə şamil edilməsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…