2015/2016-cı tədris ili üzrə ümumtəhsil məktəblərinin 197.063 nəfər buraxılış sinif şagirdindən 196.391-i barədə məlumat şəxsiyyəti təsdiqləyən sənəd əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Şagird-məzun” elektron məlumat sisteminə daxil edilib. Naxçıvan Muxtar Respublikası, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Göyçay, Naftalan, Qax, Saatlı, Tovuz, Ucar, Xızı, Xocalı rayon və şəhərlərində buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib. TQDK-dan Azərtac-a bildiriblər ki, şəxsiyyəti təsdiqləyən sənədlərin operativ təqdim edilməsində Daxili İşlər Nazirliyi, “ASAN” Xidmət və Dövlət Miqrasiya Xidməti mühüm rol oynayıb. Hazırda IX sinif üzrə 540, XI sinif üzrə isə 132 nəfərin məlumatları şəxsiyyəti təsdiqləyən sənədi olmadığından sistemə daxil edilməyib. Bu siyahıda ölkə üzrə ən aşağı göstəricilər Bakının Sabunçu rayonuna (60 nəfər), Suraxanı rayonuna (76 nəfər) və Xəzər rayonuna (58 nəfər) aiddir. TQDK məlumatları sistemə hələ də daxil olunmayan buraxılış sinif şagirdlərinin valideynlərindən xahiş edir ki, övladlarının buraxılış imtahanlarında iştirak edə bilmələri üçün onları şəxsiyyəti təsdiqləyən sənədlə təmin etsinlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…