Burun tutulması, xoruldama, burun axıntısı…

10 Fevral 2016 15:29

Xəbər 1249 dəfə oxunub

 

Gecələr burundan nəfəs ala bilməmək, ağzı açıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq, səhərləri yorğunluq kimi şikayətləri olan insanlar mütləq qulaq, burun, boğaz həkiminə müraciət etməlidirlər. Burun tutulması yuxu problemləri və yorğunluq kimi həyat tərzinə mənfi təsir edən hallara səbəb olur. Problem uzun müddət davam edərsə, ürəkdə də problem yarada bilər. Bu cür şikayətlərə ciddi yanaşmaq lazımdır

Çox zaman burun tutulması müvəqqəti həll yolları ilə aradan qaldırılır. Lakin bu, uzun müddət davam edərsə, ürəkdə problem yaradır.

Burun tutulması xoruldama və burun axıntısına da səbəb olur. Soyuqdəymə, qrip kimi infeksiyalar da burun tutulmasına səbəb olur. Bu zaman xalq arasında burun əti kimi tanınan hissələr də böyüyür. Sümükdə və ya qığırdaqda əyrilik varsa, xəstənin şikayətləri daha da çoxalır. Hətta cərrahiyyə əməliyyatı həddinə çatır.

Burundakı problemlərə sümükdəki və ya qığırdaqdakı əyrilik də səbəb olur. Allergik səbəblərdən burnu tutulanlar isə bir müddət sprey və müxtəlif vasitələrdən yararlana bilərlər.

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05