“Buta Airways” aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankaraya uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin mayın 17-dən etibarən həyata keçirilməsi nəzərdə tutulur.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys – həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən il dekabrın 6-dan İzmir şəhərinə uçuşlar həyata keçirir, cari il martın 18-dən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa edib.Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.Aviabiletlərin qiyməti 55 avrodan başlayır. Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…