Martın 31-dən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayıb.Azərtac xəbər ki, Ankara loukosterin Türkiyəyə 4-cü istiqamətidir. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbul, Alanya və İzmirə müntəzəm reyslər yerinə yetirirdi. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara-Bakı (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Komfortlu və rahat “Embraer-190” təyyarələri ilə həyata keçirilən Bakı-Ankara-Bakı reysləri həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetirilir.İlk reysin sərnişinləri sırasında media nümayəndələri də olub. Esenboğa hava limanında keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Asiya və Orta Asiyanın marşrutlar üzrə strategiya meneceri Elvin Razıyev bildirib ki, Ankara Azərbaycan üçün strateji və mühüm istiqamətlərdən biridir: “AZAL Ankaraya həftənin 5 günü uçuşlar həyata keçirir. “Buta Airways” şirkətinin həyata keçirəcəyi reyslərlə birlikdə Bakıdan Ankaraya həftənin bütün günləri səfər etmək mümkün olacaq”.O qeyd edib ki, “Buta Airways” aviaşirkəti maydan başlayaraq Batumi, Odessa, Xarkov, Həştərxan və Ufa istiqamətində reyslər yerinə yetirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…