Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” yaxın vaxtlarda Avropanın bir sıra şəhərlərinə də uçuşlar təşkil edəcək. Bununla bağlı artıq danışıqlar aparılır.Azərtac xəbər verir ki, bunu sentyabrın 12-də Kiyevdə Bakı-Kiyev aviareysinin həyata keçirilməsi ilə bağlı təşkil olunan mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə deyib.Onun sözlərinə görə, şirkət maksimum dərəcədə çalışır ki, ölkəmiz üçün prioritet olan turizmin inkişafı məqsədilə xarici dövlətlərə uçuşları artırsın.Ukraynaya hazırda çərşənbə axşamı və çərşənbə günü reyslərin həyata keçirildiyini deyən Manizadə yaxın aylardan başlayaraq Kiyevə cümə günü də uçuşun reallaşdırılacağını vurğulayıb. Sonrakı proseslərdə reyslərin artırılması sərnişinlərin marağından asılı olacaq.C.Manizadə bildirib ki, gələcəkdə şirkətin Ukraynanın digər şəhərlərinə də uçuşunun həyata keçirilməsi istisna deyil.Xatırladaq ki, ilk mərhələdə aviaşirkət Kiyevdən başqa, Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirir. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.Loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…