Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən “Botswana International-2018” turnirində 3 medal qazanıblar.Azərtac xəbər verir ki, ilk dəfə beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən – 2:0 hesabı ilə qalib gəliblər.Həlledici görüşdə Ezmini 2:0 hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq görülüb.Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən təmsilçilərimiz asanlıqla yarımfinala yüksəliblər. Bu mərhələdə zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub ediblər.Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa yarışda turnirin qalibi adını qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…