Bu ilin iyununda “Cənub Elektrik Stansiyası”nda 318,4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 97,6 milyon kilovat-saat çoxdur. “Azərenerji” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu ilin birinci yarımilliyi ərzində bu elektrik stansiyasında 2 milyard 257,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəkindən 58,9 milyon kilovat-saat çoxdur. Son üç ay ərzində stansiyanın əsas və köməkçi avadanlıqlarda müxtəlif təyinatlı cari təmir işləri aparılıb. Enerji təhlükəsizliyi prinsipinə görə, digər analoji stansiyalardan fərqli olaraq, sözügedən stansiyada üç yanacaq növündən – qaz, mazut və dizeldən istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…