Cənubi Koreya Dövlət Seçki Komissiyasının məlumatı

6 Aprel 2020 18:55

Xəbər 543 dəfə oxunub

Cənubi Koreya ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə qızğın mübarizənin davam etdiyi vaxtda parlament seçkilərinə hazırlaşır.Azərtac Cənubi Koreyanın Dövlət Seçki Komissiyasına istinadla xəbər verir ki, aprelin 15-nə təyin olunmuş seçkilərdə səsvermə prosesi 14 min 330 məntəqə seçki komissiyasında təşkil olunacaq. Seçicilərin rahatlığı üçün məntəqə seçki komissiyalarının əksəriyyəti binaların birinci mərtəbəsində, habelə lift və ya eskalatorla təmin olunmuş binalarda yerləşəcək.Seçicilərin sağlamlığının təminatı üçün məntəqə seçki komissiyalarının girişində hər bir seçicinin bədən hərarəti ölçüləcək, səsvermə qutuları dezinfeksiya olunacaq. Dövlət Seçki Komissiyası seçicilərə səsverməyə gələrkən qoruyucu maska taxmağı, ən azı 1 metr məsafə saxlamağı tövsiyə edib. Bundan başqa, COVID-19 infeksiyasına yoluxma əlamətləri olanlar üçün mobil səsvermə kabinələri təşkil olunacaq.Vətəndaşlara parlament seçkilərində iştirak edən partiyalar və namizədlər haqqında bukletlər göndərilib. Yaşadıqları binalarda və həyətlərdə səs vermək istəyən 10 mindən çox sakin seçki bülletenləri ilə təmin olunub. İnfeksiyaya yoluxmuş xəstələrin, habelə xüsusi məntəqələrdə və evlərində karantinə cəlb olunanların elektron poçt vasitəsi ilə səs verməsi mümkün olacaq. Bundan başqa, 394 gəmidə 2821 heyət üzvünün, habelə xaricdəki seçicilərin səs verməsi bir neçə gün əvvəldən təşkil olunacaq. ABŞ və Avropa ölkələri daxil olmaqla virusa yoluxma hallarının çox olduğu 51 dövlətdəki koreyalılar səs verə bilməyəcəklər.Siyasi partiyalar və namizədlər təbliğat-təşviqat kampaniyasında gündəmə uyğun olaraq ölkənin COVID-19 infeksiyası ilə mübarizəsi, habelə pandemiyanın Cənubi Koreya iqtisadiyyatına təsirinin azaldılması ilə də bağlı vədlər verirlər.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42