Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, parlamentin Yaponiya ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze Tokio Geo-İqtisadiyyat İnstitutunda Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələlərindən danışıb.
Bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, N.Samxaradze institutda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib. Seminarda o, Qara dəniz regionunda mövcud vəziyyətin səbəblərinə nəzər salıb.
“Seminarda biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi və bu problemin həllində Gürcüstanın sülhsevər rolu, NATO və Avropa İttifaqının Qara dənizin təhlükəsizliyi məsələlərinə cəlb edilməsi və ümumiyyətlə, bu ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi mövzulara diqqət yetirdik. Avropada və qlobal təhlükəsizlik üçün Cənubi Qafqazda, Qara dənizdə sabitlik çox vacibdir”, – deyə Nikoloz Samxaradze vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…