Cari ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 – “Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Həmin sorğuların hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən dolğun hüquqi izahatlar verilib. Digər 747 müraciət isə baxılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib, obyektiv şəkildə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Ötən ay 142 və 190 – “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29 faizi sosial təminat, 10,9 faizi əmək qanunvericiliyi, 20,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Eləcə də müraciətlərin 6,9 faizi məşğulluğun təminatı, 3 faizi fərdi uçotun təşkili, 8,4 faizi pensiya və müavinətlər, 10,5 faizi məcburi dövlət sosial sığorta, 5,4 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib. Sosial təminat sahəsində elektron texnologiyalar üzərində vətəndaşlar üçün şəffaf, əlçatan xidmətlərin mövcud olması bu sahə ilə bağlı müraciətlərin sayının oktyabr ayında da 14,8 faiz azalması ilə müşahidə olunub. Eyni zamanda ötən ay müraciətlərin sayı nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı 31,1 faiz və avtomatlaşdırılmış pensiya təyinatı məsələləri ilə bağlı 49,8 faiz çoxalıb. Bu da nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlərə ictimai marağın artmaqda davam etdiyini göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…