Qlobal bazardakı təklif çoxluğu və azalan tələbata baxmayaraq neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən bahalaşmağa başlayacaq. Azərtac xəbər verir ki, bu sözləri mərkəzi ofisi Londonda yerləşən müstəqil araşdırma şirkəti “Capital Economics”in mütəxəssisi Tomas Puq deyib. O bildirib ki, “qara qızıl”ın qiyməti bu ilin əvvəlindəki kimi 30 dollar/barrelə düşməyəcək. İyulun əvvəlindən indiyədək neftin qiymətinin 15 faizdən çox ucuzlaşdığını deyən T.Puq buna Kanadadakı meşə yanğınlarının söndürülməsi ilə bu ölkənin neft istehsalının gündəlik orta hesabla 1 milyon barrel artaraq köhnə səviyyəsinə qayıtması, həmçinin Liviyada əsas limanlardan gündəlik orta hesabla 900 min barrel neft ixrac edilməyə başlanmasının təsir etdiyini deyib. “Neft bazarı bu ilin sonunda özünü kompensasiya etməlidir. Keçən ildən bu vaxtadək qeyri-OPEC ölkələrinin ümumi təklifi gündəlik orta hesabla 1 milyon barreldən çox azalıb. Qlobal neft tələbi də həmin dövrdə bir o qədər artıb. Neftin qiymətinin bu ilin əvvəlindəki kimi 30 dollar/barreldən aşağı düşməsini proqnozlaşdırmırıq. “Layt” və “Brent” markalı xam neftlərinin barrel qiymətlərinin bu ili 45 dollar səviyyəsində tamamlamasını gözləyirik. 2017-ci ilin sonunda isə qiymətlərin 60 dollaradək bahalaşacağını təxmin edirik”, – deyə T.Puq əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…