“Neftçi” futbol klubunun U-14 komandası Rusiyanın Mahaçqala şəhərində keçirilən “Caspian Cup” beynəlxalq turnirində beşinci yeri tutub.Azərtac xəbər verir ki, qrupda Tbilisi “Dinamo”su (1:5), Vladiqafqaz “Yunost”u (2:3) və Mahaçqala “Anji”si (0:5) ilə qarşılaşan “Neftçi” 5-8-ci yerlər uğrunda oyunlarda Qroznı “Ramzan”ına (1:0) və Vladiqafqaz “Yunost”una (1:0) qalib gəlib.“Neftçi”nin turnirdə vurduğu 5 qoldan 3-nə Gülağa Əsədov, hərəyə birinə isə Mirəli Əhmədov və Yaşar Əhmədov imza atıblar.Turnir daha iki əlamətdar hadisə ilə yadda qalıb. Yarışın ən yaxşı futbolçusuna “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. Bu şərəfə Tbilisi “Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb. “Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. M.Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…