Noyabrın 13-də “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində noyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, cari ildə sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin AZƏRSU, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət qurumları iştirak edəcəklər. Sərgidə həmçinin BP, SOCAR, HAZARDOUS WASTES, POLYMART, RETRO Holding, SOCAR Polymer, ODIS FILTERING LTD kimi iri şirkətlər öz xidmət və məhsullarını təqdim edəcəklər.Ümumilikdə, “Caspian Ecology 2017”-də təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş etdiriləcək.İlk dəfə olaraq “Caspian Ecology 2017” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçiriləcək. Konfransda “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə” kimi bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…