“Caspian Energy Georgia” şirkəti tərəfindən təşkil olunan V Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”in vaxtı dəyişdirilərək 2018-ci il aprelin 18-dən mayın 8-nə keçirilib.Forumun tarixinin dəyişdirilməsi Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edən şirkətlərin çoxsaylı xahişləri ilə əlaqədardır.“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Azərtac-a bildirilib ki, əsas iştirakçılarından biri Gürcüstan olan bir sıra iri regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrində Gürcüstan iqtisadiyyatına böyük maraq yaradan əlverişli investisiya şəraiti və işgüzar mühitlə əlaqədar, foruma Avropa, Amerika və Asiya qitəsini təmsil edən çox sayda iştirakçının qatılacağı gözlənilir.O, həmçinin qeyd edib ki, açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və hökumətin Gürcüstanın iqtisadi blokunu təmsil edən üzvlərinin iştirakı nəzərdə tutulub. V Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan hökuməti, Azərbaycan hökuməti və “Caspian European Club” rəsmi dəstək verir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…