“Caspian European Club” fevralda Bakıda Maliyyə Forumu keçirəcək.Azərtac xəbər verir ki, bu barədə yanvarın 17-də jurnalistlərə açıqlamasında “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.O bildirib ki, Maliyyə Forumunun fevralın 28-də keçirilməsi nəzərdə tutulur. Forumda maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Neft Fondunun iştirakı gözlənilir.M.Abbasbəyli qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün mütəmadi addımlar atılır. Ən önəmlisi isə son dövrlərdə aparılan vergi islahatları və gözlənilən dəyişikliklərdir. “Sahibkarların fəaliyyətinə ən çox təsir edən məqam vergi sahəsidir. Bu sahədə atılan addımlar və aparılan islahatlar təbii ki, sahibkarlıq sahəsində müsbət dəyişikliklərə yol açacaq. “Caspian European Club”un istəyi ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən iş adamlarını bir araya toplayıb vergi ilə bağlı problemləri, ondan çıxış yollarını müzakirə etmək və bununla bağlı Vergilər Nazirliyinə təkliflər paketi hazırlamaqdır. Burada iki istiqamət üzrə məsələlər mövcuddur. Birincisi qanunvericilik baxımından müəyyən islahat xarakterli tədbirlərin həyata keçirilməsi. İkincisi isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlı olan problemlərdir. Biz hər iki istiqamət üzrə də öz təkliflərimizi irəli sürməyə hazırlaşırıq. Bu il Vergilər Nazirliyi ilə də görüşün keçirilməsi planlaşdırılır”, – deyə M.Abbasbəyli bildirib.2017-ci ilin yekunlarını qənaətbəxş hesab etdiyini söyləyən “Caspian European Club”un baş icraçı direktoru bildirib ki, klub ötən il 40-dan çox tədbir keçirib və bununla bağlı geniş hesabat hazırlanır. Həmin görüşlərdə səsləndirilən təkliflər və qəbul edilən qərarlar hesabatda öz əksini tapacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…