Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VII Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2017” sərgisi keçiriləcək. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, ənənəvi olaraq “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil&Gas” sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…