05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Ədəbiyyat

Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, məktəblərdə “Ceyhun Hacıbəyli haqqında nə bilirik?”, “Görkəmli yazıçı-publisist Ceyhun Hacıbəylinin Azərbaycan mühacirət mətbuatında yeri və rolu”, “Ceyhun Hacıbəyli müasir gəncliyin gözü ilə”, “İstiqlal mücahidi - Ceyhun Hacıbəyli”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru” mövzularında disput, açıq dərs, mühazirə, seminar, sorğu və konfranslar təşkil olunub.Tədbirlərdə gənc yaşlarından mühacirətdə olmuş ədibin yaradıcılığından, siyasi fəaliyyətindən bəhs edilib. Həmçinin Ceyhun Hacıbəylinin mühacirətdə yaşadığı dövrdə “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanları ilə əməkdaşlıq etməsi, Parisdə “Qafqaz” və Münxendə “Azərbaycan” jurnallarının redaktoru kimi fəaliyyət göstərməsi barədə ətraflı məlumat verilib.xeber100.com

Dekabr 9, 2016 12:22

İstiqlal Muzeyində təqdimat keçiriləcək

Dekabrın 7-də İstiqlal Muzeyinin ekspozisiyasında Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 98-ci ildönümü münasibətilə parlamentin üzvü olmuş Hacı Səlim Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək.xeber100.com  

Dekabr 5, 2016 1:58

Milli Kitabxananın məlumatına görə…

Noyabrın 22-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni M.F.Axundzadə adına Milli Kitabxanasında olublar.Kitabxanadan Azərtac-a bildirilib ki, görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.Milli Kitabxananın direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi kitabxananın İsgəndəriyyə kitabxanası ilə əlaqələrindən danışıb və qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləyib, Bakıdakı Misir Mədəniyyət Mərkəzi ilə birgə layihələrdən söhbət açıb.Bütün ərəb dünyasına yayılan “Ədəbiyyat xəbərləri” qəzeti haqqında qısa məlumat verən baş redaktor Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığı müsbət dəyərləndirib və kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyə edib.xeber100.com

Noyabr 23, 2016 11:48

Bədii ədəbiyyat həvəskarlarının diqqətinə…

“Hədəf” nəşrlərinin “Cib kitabları” silsiləsindən təqdim etdiyi doqquzuncu kitab “Əcaib canlı” adlanır.Nəşriyyatdan Azərtac-a bildirilib ki, kitabda əsasən oxucuları həvəsləndirmək üçün bir çox tanınmış fantastika müəlliflərinin – Alfred Van Voqtun “Əcaib canlı”, Robert Şeklinin “Yuxunuza soxulduğuma görə məni bağışlayın”, Andrey Platonovun “Ölmüş qocanın başına gələnlər” və Nils Nilsonun “Planet satılır” kimi maraqlı hekayələri toplanıb.Oxucular kitabı “kitabevim.az”dan əldə edə bilərlər.xeber100.com

Noyabr 19, 2016 7:50

Nobel Komitəsinin məlumatına görə…

2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının sahibi Bob Dilan mükafatlandırma mərasimində iştirak etməyəcək.Apa-nın Nobel Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bob Dilan bununla bağlı İsveç Nobel Akademiyasına məktub ünvanlayıb. “O məktubunda bildirib ki, mükafatın elan olunduğu tarixdən qabaq müəyyən planları, öhdəlikləri olub. Ona görə də dekabrda mükafatı qəbul etmək üçün Stokholma gəlməyəcək. Amma bu, o demək deyil ki, Bob Dilan mükafatdan imtina edib”, - deyə komitənin açıqlamasında qeyd olunur.Komitə qeyd edib ki, buna oxşar hallar əvvəllər də qeydə alınıb. Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Doris Lessinq, Harold Pinteri və Elfrida Jelinek Stokholma gələ bilməyiblər.

Noyabr 17, 2016 2:34

“Təhsil” nəşriyyatı təqdim edir…

“Təhsil” nəşriyyatında tənqidçi Əsəd Cahangirin “On üçüncü gecə” kitabı çapdan çıxıb.Azərtac xəbər verir ki, kitabda tənqidçinin Xalq Yazıçısı Elçinin əsərlərinə həsr etdiyi məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə həsr edilən yazılardan ibarət kitab müəllifin oxucularla dördüncü görüşüdür.İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç” və “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb.xeber100.com

Noyabr 17, 2016 1:24

35-ci beynəlxalq kitab sərgi-yarmarkası açılıb

Noyabrın 12-də İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Builki sərgidə 20-dən çox ölkənin minə yaxın kitab sənəti və nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə respublikamız da təmsil olunur. Buradakı milli ekspozisiyamız Bakı şəhərinin rəmzi sayılan Qız qalası və qala divarlarının təsviri əsasında 42 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Stenddə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunan Azərbaycanın tarixini, mədəniyyətini, turizm imkanlarını, ədəbiyyatını, multikultural dəyərlərini, tolerantlıq ənənələrini əks etdirən 350 adda 600-dən çox çap məhsulları sərgilənir.

Noyabr 14, 2016 10:02

“Ədəbiyyat: nəsillərin vəsiyyəti”…

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Ədəbiyyat: nəsillərin vəsiyyəti” layihəsi icra olunur. Azərtac xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir şəhər 4 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə layihənin məqsədi  haqqında məlumat verilib. Belə ki, gənclər arasında ədəbiyyata marağın artırılması üçün onların məktəb və şəhər kitabxanalarına müraciət etmələrinin vacibliyi qeyd olunub. Layihənin eksperti mütaliənin insanın tərbiyə olunmasında və dünyagörüşünün zənginləşməsində rolundan bəhs edib. Tədbirdə şagirdlərlə yay tətilində oxuduqları kitablar haqqında fikir mübadiləsi aparılıb.xeber100.com

Noyabr 1, 2016 11:09

Mifoloji və filoloji ədəbiyyat əsasında…

Professor Əjdər Tağıoğlunun  “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı çapdan çıxıb. Azərtac xəbər verir ki, müəllif kitabda kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.xeber100.com

Oktyabr 31, 2016 11:22

Milli Kitabxanada elmi konfrans keçirilib

Oktyabrın 31-də Milli Kitabxanada XI əsrin məşhur mütəfəkkir şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Azərtac xəbər verir ki, konfransdan əvvəl iştirakçılar kitabxana ilə yaxından tanış olub, burada gedən yeni avtomatlaşdırılmış iş prosesləri ilə maraqlanıblar. Konfransda digər çıxış edənlər də XI əsr mütəfəkkirinin yaradıcılığından söz açıblar.Sonda tədbir iştirakçıları Xoca Əhməd Yasəviyə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.xeber100.com

Oktyabr 31, 2016 11:04
    Page 13 of 18« First«...1112131415...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az