Beyləqan rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Beyləqan şəhərində, rayonun kənd və qəsəbələrində ümumi sayı 2-3 nəfərdən ibarət qruplar yaradılıb. Onlar ictimai yerlərdə, küçələrdə, parklarda sakinlərlə söhbət edir, karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirmə işi aparır, əhalini küçə və meydanlardan evlərinə göndərirlər. Beyləqan rayonunda əhalinin intensiv keçdiyi küçələrdə, meydanlarda, inzibati idarələrdə, parklarda, küçələrdə, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.xeber100.com