05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Əmək və əhalinin sosial müdafiəsi naziri vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şabran rayonunda keçirəcəyi vətəndaşların qəbul günü noyabrın 10-dan noyabrın 16-na keçirilib.Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi Azərtac-a məlumat verib.Həmin gün nazir Şabran, Siyəzən, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid məsələlərlə (o cümlədən, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb olunma və s.) bağlı müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılacaq, həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.xeber100.com

Noyabr 8, 2017 2:53

Dövlət Statistika Komitəsinin məlumatı

Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 166 min 722,92 ton məhsul təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ötən iki gündə 5306,69 ton pambıq tədarük olunub.Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.xeber100.com

Noyabr 6, 2017 1:21

XII Nar festivalına start verilib

Göyçayda XII Nar festivalına start verilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.Azərtac xəbər verir ki, festival iştirakçıları günboyu nar məhsullarının nümayiş olunduğu sərgiyə baxacaq, nar abidəsinin açılışında iştirak edəcək, habelə respublikanın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, nar istehsalı müəssisələrinə səfər, bədii kollektivlərin çıxışları, müxtəlif müsabiqələr təşkil ediləcək.Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək. Həmçinin şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək. Oyun saat 15:00-da başlayacaq. Yarışın qalibinə “AzNar” QSC tərəfindən 10 min manat, ikinci yerin sahibinə isə 5 min manat pul mükafatı veriləcək.xeber100.com

Noyabr 3, 2017 2:13

Dövlət Statistika Komitəsinin məlumatı

Noyabrın 3-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 158 min 679,52 ton məhsul təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ötən gün 1932,01 ton pambıq tədarük olunub.Qeyd edək ki, cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.xeber100.com

Noyabr 3, 2017 2:10

“Azərxalça” ASC-nin yeni filialı tezliklə istifadəyə veriləcək

Qazax rayonunda inşa olunan “Azərxalça” ASC-nin Qazax filialı tezliklə istifadəyə veriləcək.Rayon icra hakimiyyətindən Azərtac-a bildiriblər ki, yeni istehsalat müəssisəsinin inşası yekunlaşmaq üzrədir.Müəssisə işə salınandan sonra burada 160 sakin işlə təmin olunacaq.xeber100.com

Noyabr 2, 2017 12:55

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Oktyabrın 30-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 147 min 683,42 ton məhsul təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ötən iki gündə 7769,68 ton pambıq tədarük olunub.Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 30-dək 21 min 160,30 ton məhsul təhvil veriblər.Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.xeber100.com

Oktyabr 30, 2017 3:02

“Media məktəbi-3” layihəsinin icrasına başlanılacaq

Gəncədə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “Media məktəbi-3” layihəsinin icrasına başlanılacaq.Yeni layihənin məqsədi gənclərin media sahəsində biliklərini artırmaq, onları mütəxəxssislərin iştirakı ilə təlimatlandırmaq, həqiqi-praktiki iş şəraiti ilə tanış etmək və media sahəsində çalışmaq istəyənlərə dəstək olmaqdır.“Media məktəbi-3” layihəsi çərçivəsində medianın müxtəlif sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər və interaktiv çalışma tapşırıqları keçiriləcək. Həmçinin gənclər ayrı-ayrı praktiki fəaliyyətlərlə məşğul olacaq, televiziya kanallarına və xəbər saytlarının ofislərinə səfər edəcəklər.“Media məktəbi-1”(2013) və “Media məktəbi-2”(2016) layihələrinin məzunu olmuş bir neçə gəncin hazırda müxtəlif media qurumlarında çalışdığını deyən Odlar Yurdu GİB-in sədri Nigar Ələsgərova Azərtac-a bildirib ki, 3-cü layihə də jurnalist olmaq istəyən, media sahəsində çalışmağı qarşısına məqsəd qoyan gənclər üçün faydalı olacaq və onların bu sahədə bacarıqlı kadrlar kimi üzə çıxmasına şərait yaradacaq.xeber100.com

Oktyabr 30, 2017 3:00

Dövlət Statistika Komitəsinin məlumatı

Oktyabrın 27-dək ölkə üzrə 136 min 470,34 ton pambıq tədarük olunub. Ötən gün isə qəbul məntəqələrinə 4186,49 ton pambıq təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (20087,90 ton), Biləsuvar (16449,16 ton), Bərdə (12899,92 ton), Sabirabad (12744,72 ton) və Ağcabədi (12573,66 ton) daxildir.Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.xeber100.com

Oktyabr 27, 2017 2:34

Regionlarda vətəndaşların qəbulu prosesi davam etdirilir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən regionlarda vətəndaşların qəbulu prosesi davam etdirilir.Komitədən Azərtac-a bildirilib ki, növbəti belə qəbul oktyabrın 27-də Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov tərəfindən Şirvan şəhərində keçirilib. Qəbulda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə də baxılıb.Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək, komitə sədrinə müraciətlərini bildiriblər. Komitə sədri qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.xeber100.com

Oktyabr 27, 2017 2:12

Baş Prokurorluğun məlumatı əsasında…

Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov oktyabrın 27-də Sabirabad Rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhərindən, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş qəbul edilib. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.xeber100.com

Oktyabr 27, 2017 12:59
    Page 10 of 46« First«...89101112...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az