Oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Xolmili kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İstehsal sahələrinin idarə edilməsi" mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin xüsusiyyətləri və məhsul ixracının artırılmasında rolu, istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib.Tədbirdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.xeber100.com