“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Beyləqan" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Beyləqan şəhəri, G.Əsədov küçəsi, 46 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Beyləqan" filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, region üzrə "Masallı" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı", "Göyçay" və "Qobustan" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com

Avqust 21, 2017 12:53

“Kapital Bank”ın transformasiyası layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Qobustan" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Qobustan şəhəri, Yeni massiv 1, ev 11 ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Qobustan" filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, region üzrə "Masallı" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı" və "Göyçay" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com

Avqust 15, 2017 12:40

Dövlət Sosial Müdafiə Fondu seminar-müşavirə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib. Tədbirdə DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon (şəhər) şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.Azərtac xəbər verir ki, tədbirdə məqsəd “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” müvafiq fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli fərmanının icrası ilə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarına müvafiq tapşırıq və izahatların verilməsi olub.Seminar-müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, bu islahatın ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmillləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbirdə pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının qarşısında duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər diqqətə çatdırılıb.xeber100.com

Avqust 11, 2017 2:02

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 5-də keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.Komitədən Azərtac-a bildirilib ki, bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Yevlax Yun”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Zaqatala Sənaye Kombinatı” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Əmlak Kompleksi” dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Ümumi faydalı sahəsi 11 min kvadratmertdən çox, torpaq sahəsi isə 38 min kvadratmetrə yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.xeber100.com

Avqust 7, 2017 11:42