“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Oğuz rayonunda yeni ofis binasını açıb.“Azərişıq” ölkənin bütün regionlarında olduğu kimi Şimal-Qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün istismar müddətini başa vurmuş elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma, təmir-tikinti və bərpa işlərini davam etdirir. Balakən, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Oğuz, Şamaxı rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbəyə xidmət edir ki, burada da ümumilikdə 198 min abonent olmaqla 690 min əhali yaşayır.Ofisin açılış mərasimində Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkənin elektrik enerji təchizatında həyata keçirilən islahatlardan və yenidənqurma işlərindən danışaraq energetikləri təbrik ediblər.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Oğuz elektrik şəbəkəsinin (EŞ) ikimərtəbəli ofis binasında əməkdaşların operativ fəaliyyət üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.xeber100.com