İqtisadiyyat naziri vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.Azərtac xəbər verir ki, iyunun 23-də İqtisadiyyat naziri Şahin Mustafayev Qax şəhərində Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit təşklatının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının genişləndirilməsi, istehsal və emal sahələrinin yaradılması, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların mineral su istehsalı, fındıq bağının salınması və fındıq emalı, buğda və qarğıdalı əkini sahələrinin, tingçilik və intensiv bağçılıq təsərrüfatlarının genişləndirilməsi, cins heyvandarlığın və damazlıq quşçuluğun inkişafı və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.xeber100.com

İyun 23, 2017 2:13