05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə…

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.Azərtac xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası may ayı ərzində ikinci dəfə Naxçıvanda humanitar tibbi aksiya keçirib.Həkim-oftalmoloq və anestezioloqlardan ibarət səyyar briqada 150-dən çox müayinə, 10 göz əməliyyatı aparıb, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib.Xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası mayın 6-8-də də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib, 170-dən çox müayinə, 18 göz əməliyyatı aparıb.xeber100.com

May 22, 2017 3:50

Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 26-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, qəbulda iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.xeber100.com

May 22, 2017 3:46

Dövlət Statistika Komitəsinin məlumatına görə…

017-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1087,0 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, onun 1036,1 milyon manatı heyvandarlıq, 50,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 15,8 faiz artıb.xeber100.com

May 20, 2017 7:42

İqtisadiyyat naziri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mayın 20-də nazir Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digərlərinin operativ araşdırılması və həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib.İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.xeber100.com

May 20, 2017 7:24

Kütləvi pulsuz tibbi müayinə aksiyası başa çatıb

Əhalinin kütləvi pulsuz tibbi müayinə aksiyası başa çatıb.Azərtac xəbər verir ki, aksiya Şəki rayonunda  yekunlaşıb. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Knyaz Məmmədovun verdiyi məlumata görə, üç ay davam edən müayinə tədbirləri zamanı 84 min əhalidən 80,5 min nəfəri həkim baxışından keçib. Bu, rayon əhalisinin 95,5 faizinin pulsuz tibbi müayinədən yararlanması deməkdir. Müayinələr zamanı 3500 nəfərin sağlamlığında müəyyən problemlərin olduğu aşkar edilib. Şikayətlər əsasən ürək-damar, tənəffüs sistemi, endokrinoloji və oftalmoloji xəstəliklərlə əlaqədar olub.Müayinə tədbirləri başa çatsa da, bağça və məktəblərdə uşaqların icbari dispanzerizasiyası davam etdirilir.xeber100.com

May 17, 2017 11:52

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 26-da Balakən rayonunda vətəndaşları qəbul edəcək.Komitədən Azərtac-a bildiriblər ki, qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.Qəbulda yuxarıda qeyd olunmuş Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.xeber100.com

May 17, 2017 11:48

İslam Kolleci fəaliyyətə başlayacaq

Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi - İslam Kolleci fəaliyyətə başlayacaq.Azərtac xəbər verir ki, Lənkəran İslam Kolleci Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınmış yeddi İslam Kollecindən biridir.Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə “İslam Həmrəyliyi İli” ərəfəsində belə kolleclərin yaradılmasının bütün dindarlara töhfə olduğunu bildirib. O qeyd edib ki, kollecdə təhsil müddəti dörd ildir. İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq.Burada tədris alacaq qonşu rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub. Kollecə qəbul qaydaları və dərs proqramları isə yay aylarında açıqlanacaq.Qeyd edək ki, respublikamızda Lənkəran İslam Kolleci ilə yanaşı, daha 6 yeni İslam kolleci - Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.xeber100.com

May 16, 2017 12:18

18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar…

18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” günləri keçirilir.Azərtac xəbər verir ki, rayon sakinləri, məktəblilər, şəhərin qonaqları muzeyi ziyarət edir, Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən eksponatlarla tanış olurlar. Şəhərin VII-IX əsrlər dövrünü əks etdirən maket isə muzey ziyarətçilərinin daha çox diqqətini çəkir.Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən “Tariximizi qoruyaq” adlı tədbirdə muzeyin eksponatları, məktəblilərin çəkdikləri rəsmlər, kitablar, turizm informasiya mərkəzinin Bərdənin qədim tarixini və müasir inkişafını əks etdirən guşə sərgilənib.xeber100.com

May 16, 2017 12:12

Bölgələrdə vətəndaşların qəbulu davam edir

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağcabədi, Tərtər və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.Komitədən Azərtac-a bildiriblər ki, qəbul Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.xeber100.com  

May 16, 2017 11:54

“MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar keçirilib

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə Sabirabad Rayon Mədəniyyət Mərkəzində “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar və fotosərgi keçirilib.Mərkəzdən Azərtac-a bildirilib ki, seminarda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları iştirak edib.Tədbirdə qeyd edilib ki, Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özünə layiqli mövqe qazana bilib. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən–nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır. Bu günədək Elmi Bərpa Mərkəzində 15 mindən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub və muzeylərə qaytarılıb.xeber100.com

May 15, 2017 2:03
    Page 19 of 46« First«...10...1718192021...3040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az