05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Əhalinin profilaktik tibbi müayinəsi davam edir

Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsi davam edir.Azərtac xəbər verir ki, rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün zəruri tədbirlər görülüb.Rayon mərkəzi xəstəxanasının baş həkimi R.Pənayev deyib: “Humanitar aksiya çərçivəsində əhalinin tibbi müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 50 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 75 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”.Aksiya çərçivəsində indiyədək 40 min 540 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 2147 vətəndaş ambulator, 147 nəfər stasionar müalicəyə cəlb olunub. 74 xəstə isə Bakı şəhərinin ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.xeber100.com

Mart 29, 2017 12:24

IV Şimal Regional Konfransı keçiriləcək

Martın 28-də Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfransı keçiriləcək.Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azərtac-a verilən məlumata görə, Quba, Xaçmaz, Xudat, Siyəzən, Şabran və Qusar rayonlarında işləyən mama-ginekoloq və neonatoloqların iştirakı ilə keçirilən konfransda “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” və “Yenidoğulmuşların ilkin reanimasiyası. Praktik vərdişlər”inə dair məruzələr dinləniləcək.Səhiyyə Nazirliyinin Baş mama-ginekoloqu S. Məmmədova və Quba Perinatal mərkəzinin direktoru Ş. Həsənova konfransda məruzə ilə çıxış edəcəklər.xeber100.com

Mart 28, 2017 7:47

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Ötən iki gün ərzində Qəbələ rayonu ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Ağstafa, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəbliləri martın 25-də səhər saatlarında Şəkiyə yola düşüblər.Azərtac xəbər verir ki, Qəbələ səfərinin sonunda bu rayonların şagirdləri arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib. Məktəblilərin öz biliklərini nümayiş etdirmək imkanı qazandıqları oyun gərgin mübarizə şəraitində keçib.Yarışın nəticələrinə görə, Qazax məktəbliləri 1-ci, Göyçay şagirdləri 2-ci, Tovuz komandası isə 3-cü yerə layiq görülüb.Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.xeber100.com

Mart 25, 2017 1:57

Hərbi hissələrdə konsert proqramları davam edir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı münasibətilə hərbi hissələrdə konsert proqramları təşkil edib.Azərtac xəbər verir ki, Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Divanlı, Kolayır, Kətəlparaq kənd, 2 və 3 nömrəli şəhər uşaq musiqi məktəblərinin kollektivləri rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitləri təbrik edib, onlara bayram sovqatı çatdırıblar. Təqdim olunan rəngarəng musiqi nömrələri hərbi qulluqçulara xoş ovqat bəxş edib.Regional İdarənin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi məktəblərinin, həmçinin klubların kollektivləri ön cəbhədə xidmət edən əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxış ediblər. Hərbi hissə komandanlığı qonaqlara əziz bayramı onlarla birgə qeyd etdiklərinə görə minnətdarlığını bildirib.xeber100.com

Mart 22, 2017 12:22

Hərbi hissələrdə bayram tədbirləri keçirilib

Tərtər rayon ictimaiyyəti Novruz bayramını əsgərlərlə birgə qeyd edib.Azərtac xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərazidəki hərbi hissələrdə bayram tədbirləri keçirilib. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin kollektivləri hərbi hissələrə gedərək, əsgər və zabitləri əziz bayram münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və doğma Qarabağımızda Novruz tonqallarının yenidən qalanacağına inam hissi ifadə olunub.Hərbi hissələrə bayram sovqatı çatdırılıb, xidmətdə fərqlənən əsgər və zabitlərə Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbirlərdə bayram tonqalları qalanıb. Rayonun musiqi kollektivləri tərəfindən hərbi hissələrdə bayram konsertləri təşkil edilib.xeber100.com

Mart 21, 2017 2:55

“Sazlı-sözlü Novruzum” adlı bayram şənliyi keçirilib

Mingəçevir şəhərində Novruz bayramı təntənə ilə qeyd edilib. “Sazlı-sözlü Novruzum” adlı bayram şənliyi şəhər əhalisinin böyük sevincinə səbəb olub. Dədə Qorqud və Bahar qız tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, xeyir-dua veriblər. Meydanda alovlandırılan tonqalın ətrafında Kosa və Keçəlin məzəli oyunları bayramı daha da rəngarəng edib.Azərtac xəbər verir ki, bayram tədbirinə qatılan şəhər rəhbərliyini Mingəçevir Turizm Kollecinin tələbələri milli şirniyyatlarla qarşılayıblar. Bayram tədbirində əllərində xonça və səməni tutmuş tələbələr qara zurnanın müşayəti ilə yallı gediblər. Bayram münasibətilə təhsil ocağının təqdim etdiyi əl işləri, rəsm əsərləri, qeyri-adi səməni kompozisiyaları, qədim məişət əşyaları və digər nümunələr böyük marağa səbəb olub.xeber100.com

Mart 21, 2017 2:41

Məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi inşa edilir

Tərtər rayonunun ərazisində məcburi köçkünlər üçün 1176 ailəlik yeni yaşayış məhəlləsi inşa edilir.Azərtac xəbər verir ki, tikinti üçün 27 hektar ərazi ayrılan yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa olunacaq. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Burada? həmçinin 9,3 hektar sahədə yaşıllıqlar salınacaq, istilik sistemi üçün 2 qazanxana, 4 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 162 kubmetrlik yanğın, 1 ədəd 500 kubmetrlik suvarma üçün su anbarları, 4 transformator yarımstansiyası, 2 nasos stansiyası və sair tikiləcək.Tikintidə 1000-dən çox işçi çalışır. Artıq binaların birinci mərtəbəsinin dəmir-beton işləri əsasən başa çatdırılıb, zirzəmi hissədə hörgü işləri aparılır.Yaşayış məhəlləsində inşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.xeber100.com

Mart 20, 2017 7:04

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində…

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən yeddinci tur-aksiyasının cənub bölgəsi istiqaməti üzrə birinci mərhələsi başa çatıb.Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.Azərtac xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Quba, Qusar, Xaçmaz, Qobustan, Ağdaş, Ağsu və Tərtər rayonlarından olan məktəblilər və onların müəllimləri martın 19-da Lənkəran şəhərindən yaşadıqları rayonlara yola düşüblər.Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar.Cənub bölgəsindən zəngin təəssüratla ayrılan humanitar aksiyanın iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.xeber100.com

Mart 19, 2017 7:32

Bölgələrdə vətəndaşların qəbulu davam edir

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.Azərtac xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri K.Heydərov martın 17-də Ağdaş rayonunda bölgə vətəndaşlarını qəbul edib. Nazir FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərini, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək, onların müraciətlərinə baxıb.Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar olub.xeber100.com

Mart 17, 2017 1:34

Novruz bayramı münasibətilə yarmarkalar təşkil edilib

Regionlardan orta bazar qiymətinə satın alınmış məhsullar Novruz bayramı münasibətilə təşkil edilən yarmarkalara çıxarılıb.“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirib ki, qurum Novruz bayramı ilə bağlı tədarük prosesini daha da gücləndirib, region fermerlərindən alınaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb.ASC Novruz bayramının başlaması ilə əlaqədar regionlarda yerli fermerlərdən tədarük olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışına başlayıb. Cəmiyyətin nəqliyyat vasitələri tərəfindən regionlardan paytaxta gətirilən məhsullar fermerlərdən orta bazar qiymətinə alınır.Yarmarkalar bu ünvanlarda təşkil olunub: Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti; Xətai rayonu, Bakı kinoteatrının yanı; Sumqayıt şəhəri, köhnə avtovağzalın ərazisi.Yarmarkalara ASC tərəfindən 100 tondan çox kənd təsərrüfatı məhsulları təklif olunub. İstehlakçılara bayram günlərində də eyni həcmdə və bol çeşiddə məhsullar təqdim ediləcək.xeber100.com

Mart 16, 2017 1:40
    Page 22 of 46« First«...10...2021222324...3040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az